Sahibə Qafarova: “Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir”

  • 23:18 - 30 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova İzmir vilayətində baş verən zəlzələ ilə əlaqədar türkiyəli həmkarına başsağlığı verib. 

“Report” xəbər verir ki, bu barədə parlamentin rəhbəri özünün tvitterdəki səhifəsində yazıb: 

“Bu gün İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarım TBMM Sədri cənab Mustafa Sentopa zəng etdim, başsağlığı və keçmiş olsun diləklərimi çatdırdım. Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir".


Oxunma sayı: 3763

Oxşar yazılar