Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək

  • 22:36 - 30 Oktyabr

Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək.

Onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək.

Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Bursa vilayətində Polad Həşimovun adını daşıyan parkın açılışı olub.(report)


Oxunma sayı: 1156

Oxşar yazılar