İzmirdə zəlzələdə ölənlərin sayı 24-ə, yaralıların sayı 804 nəfərə çatıb - YENİLƏNİB (VİDEO)

  • 09:51 - 31 Oktyabr

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə, yaralananların sayı isə 804 nəfərə çatıb.

Avropa.info bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində yaranan dağıntılar səbəbindən araşdırmalara başlanılıb.

Bununla bağlı Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül açıqlama verib.

Bundan başqa, AFAD-dan bildirilib ki, dağıntılar meydana gələn 8 binada axtarış-xilasetmə işləri yekunlaşıb, 9 binanın dağıntıları altından insanların çıxarılması işi davam edir.

***

00:35

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.

Avropa.info xəbərinə görə, bu haqda Anadolu Agentliyi məlumat yayıb.

***

İzmirdə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar 522 nəfərə çatıb.  

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

 

Bildirilib ki, zəlzələdən 4 bina tamamilə çöküb, 17 binada axtarış-xilasetmə işləri davam etdirilir.

***

İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 12 nəfərə, yaralananların sayı 438 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.

***

zmirdə baş verən zəlzələ nəticəsində ilkin məlumata görə dörd nəfər həlak olub, 120 nəfər yaralanıb.

Avropa.info xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.


Oxunma sayı: 7470

Oxşar yazılar