Venesiyada erməni terroruna qarşı aksiya keçirilib

  • 20:02 - 30 Oktyabr

İtaliyada yaşayan və təhsil alan  azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri  Venesiya  şəhərində Gəncə  və Bərdədə işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün aksiya keçiriblər.  

Diasporla İş üzrə Dövlət Komitəsindən Avropa.info-ya bildirilib ki, Azərbaycan İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada həmvətənlərimiz əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə  şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat xarakterli lövhələr tutublar. Aksiya iştirakçılarına yaxınlaşan çoxsaylı şəhər sakinlərinə və turistlərə işğalçı Ermənistan ordusunun terror aktları və mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlər ilə Azərbaycanın dinc sakinlərinin hədəfə alınması barədə məlumat verilib.  

Bundan əlavə, şəhər sakinləri xüsusi skan-koddan istifadə etməklə Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı  italyan dilində hazırlanmış məlumatlarla, eləcə də şəkillərlə də tanış ola biliblər.  


Oxunma sayı: 2674

Oxşar yazılar