“Müxalifətin planı vətəndaş müharibəsi başlatmaqdır” – Lukaşenko

  • 17:40 - 30 Oktyabr

Belarus prezidenti Aleksandr Lukaşenko müxalifətin ölkənin daxilində müharibə başlatmaq planının olduğunu bildirib.

Avropa.info xəbər verir ki, bu barədə BELTA məlumat verib. 

"Mən istəyirəm ki, nəinki bu gün iştirak edən DİN işçiləri, həm də ordu başa düşsün ki, bu müharibə xarici təcavüzlə başlayan müharibə deyil. Hər hansı bir müharibə daxildən başlayacaq. Onu bizdə də yetişdirirlər. Buna görə də hər kəs başa düşməlidir ki, ölkəmizi, torpaqlarımızı və ailələrimizi, övladlarımızı qorumaq üçün əlimizdə olan hər şeyi səfərbər edirik. Mən sizin bunu anlamanızı istəyirəm" - o, yeni daxili işlər nazirinin təqdimatı zamanı bildirib.

Lukaşenkonun sözlərinə görə, Belarusun bütün tarixi bu cür hadisələrdən və hətta daha sərt hadisələrdən ibarət olub. 


Oxunma sayı: 3796

Oxşar yazılar