TƏCİLİ! Bərdə və Tərtəri atəşə tutan daha 2 "Smerç" məhv edildi – VİDEO

  • 17:25 - 30 Oktyabr

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Avropa.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.


Oxunma sayı: 9219

Oxşar yazılar