Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı – Gündəm Qarabağdır

  • 16:50 - 30 Oktyabr

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Qarabağdakı vəziyyəti, Avropa terror aktlarını, habelə digər məsələləri müzakirə edib.

Avropa.info xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirənin əsas məsələsi kimi dövlətin maddi ehtiyatının formalaşdırılması mövzusu nəzərdən keçirilib", - o, bildirib.

"Cənubi Qafqazda vəziyyət, Qarabağdakı vəziyyətin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Avropada bu ərəfədə baş verən faciəli hadisələr barədə ətraflı fikir mübadiləsi aparılıb. İclas iştirakçıları terrorizmin hər hansı təzahürünü bir daha qətiyyətlə qınayıblar" - Peskov qeyd edib.


Oxunma sayı: 6854

Oxşar yazılar