Son dəqiqə: Türkiyənin İzmir vilayətində güclü zəlzələ – 20-dən çox bina dağılıb – Yenilənib (Video)

  • 16:29 - 30 Oktyabr

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 20-dən çox bina dağılıb.

Avropa.info xəbər verir ki, həmçinin Egey dənizində suyun səviyyəsi qalxıb və ətraf əraziləri su basıb.

***

Türkiyənin İzmir vilayətinin Səfərhisar rayonunda 6,6 bal gücündə zəlzələ baş verib.

Avropa.info xəbər verir ki, Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsinin məlumatına görə, zəlzələ 15:51-də Egey dənizində İzmir vilayətinin Səfərhisar rayonundan 17 km məsafədə qeydə alınıb.

Zəlzələnin episentrinin 16,54 km dərinlikdə olduğu bildirilir.

Ölü və maddi xəsarətlə bağlı hələ ki, məlumat yoxdur. 

Zəlzələ İstanbul və Trakyada da hiss edilib. 

***

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində 6 yaşayış binası dağılıb

Avropa.info xəbər verir ki, dağılan binalar şəhərdə toz dumana səbəb olub.


Oxunma sayı: 7613

Oxşar yazılar