Xankəndindən görünən şiddətli partlayışlar: ordumuz düşmənin raket-mərmi anbarını belə məhv etdi – Erməni təbliğatçıları rüsvay oldu – Video

  • 15:30 - 30 Oktyabr

Ermənistan Müdafiə Nazirliyi bu gün bir aydan da artıqdır davam edən müharibə ərzində özünün informasiya-təbliğat sahəsində belə demək olarsa, ən biabırçı səhvlərindən birini buraxıb. Belə ki, ötən gecə həm yenidən Qarabağa qayıdan rusiyalı kvazijurnalist və agent-diversant, WarGonzo teleqram kanalının aparıcısı Semyon Peqov, həm sosial şəbəkələrin erməni seqmenti Xankəndindən və ətraf yaşayış məntəqələrindən eşidilən, eyni zamanda adi gözlə də görünən intensiv partlayışlar barədə xəbər yayıblar. Semyon Peqov bunu hətta “artsax hava hücumundan müdafiə qüvvələri ilə Azərbaycan aviasiyasının döyüşü” kimi təqdim edib.

Səhər saatlarında isə Ermənistan hərbi təbliğatçıları nisbətən yaxın məsafədən görüntülənən həmin intensiv partlayışların “əsl səbəbini” açıqlayıblar. Bildirilib ki, bu partlayışlar “düşmənin diversiya qruplarının fəaliyyət zonasında aşkar edilmiş sursat anbarına endirilmiş zərbələrin” nəticəsidir.

Yenidən Xankəndində peyda olan kvazijurnalist və diversant bu partlayışları "artsax hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan aviasiyası ilə döyüşü" kimi təqdim edirdi...

Hərbdən azacıq anlayışı olanlar üçün bu izahat dərhal suallar yarada bilərdi-axı söhbət diversiya-kəşfiyyat qruplarından gedirdisə onlar özləri ilə bu qədər sursatı, mərmiləri və raketləri necə daşıyıb düşmən qüvvələrinin nəzarətində olan ərazilərdə, yaxud yaxınlıqda anbar tikməklə ora yerləşdirə bilmişdi? Axı dünyanın heç bir ordusunda diversiya-kəşfiyyat qrupları  özləri ilə böyük həcmdə sursat, xüsusən də artilleriya mərmiləri və reaktiv mərmilər daşımır, sızdıqları ərazilərdə anbar inşa edib onları ora yerləşdirmir. Bu, sadəcə olaraq absurddur və heç cür hərb qanunları ilə bir araya sığmır.

Və Azərbaycan Müdafiə Nazirliyi az əvvəl Semyon Peqovun “artxas hava hücumundan müdafiə qüvvələri ilə Azərbaycan aviasiyasının döyüşü”, Ermənistan hərbi təbliğatçılarının isə “düşmənin diversiya qruplarına aid sursat anbarına endirilən zərbələrin nəticəsi” kimi təqdim etdiyi bu intensiv partlayışların səbəbini açıqlayıb.

“Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib. Əslində isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib”,-məlumatda deyilir.

Azərbaycan Müdafiə Nazirliyi isə partlayışların əsl səbəbini açıqlayır və göstərir...

Bax beləcə düşmən hərbi təbliğatçıları özlərini gülünc vəziyyətə salıblar və indi onların belə səhvlərə yol verməsini anlamaq olar: erməni ordusunun mifik əks-hücumları, “sarsıdıcı zərbələri”, əraziləri “azsaylı diversantlardan uğurla təmizlədikləri” barədə təbliğat qurmaq getdikcə çətinləşir...

Virtualaz.org


Oxunma sayı: 7591

Oxşar yazılar