Dünyanın müxtəlif ölkələrindən Qarabağa gətirilən erməni terrorçular - Terror qruplaşmasının adı "Krestonostsi" ("Səlibçilər") (FOTOLAR)

  • 15:10 - 30 Oktyabr

Dünyanın müxtəlif yerlərindən olan erməni terrorçular Qarabağa gətiriliblər. 

Avropa.info xəbər verir ki, "Sputnik-Ermənistan" dünyanın müxtəlif ölkələrindən gətirilmiş terrorçu dəstənin üzvləri ilə görüşüb. 

"Krestonostsi" ("Səlibçilər") adlandırılan terror qrupunun üzvləri Birinci Qarabağ müharibəsi zamanı da Qarabağda vuruşublar. Onlardan biri, Moskvadan gələn Qalustunun dediyinə görə (artıq Qarabağda döyüşlərdə yaralanıb:red) 1992-ci ildə Qarabağa vuruşmağa göndərilib. Birinci Qarabağ savaşında Ağdərə istiqamətində Azərbaycana qarşı terror fəaliyyəti ilə məşğul olub. 

Açıklama yok.

Daha sonra onlara Suriyadan gətirilən erməni əsilli terrorçular qoşulub. Onlardan biri, suriyalı Akop sonradan Qarabağda işğal edilmiş torpaqlarda məskunlaşıb. Hazırda Azərbaycan Ordusuna qarşı terrorçu dəstənin tərkibində döyüşən suriyalı Akop yaralanıb və çiyni "şuruplarla" yığılıb. 

Terrorçu Qalustunun dediyinə görə, Birinci Qarabağ savaşında döyüşən dəstə, yenidən 2016-ci ilin aprelində "Krestonostsi" ("Səlibçilər") adı ilə toplanıb. Başqa bir terrorçu Qarik isə tezliklə İspaniyadan gələcək terrorçuların da onlara qoşulacağını bildirir. 

Açıklama yok.

Qarabağa gətirilən terrorçulardan biri də Belarusdan gəlmiş "Kyaj" ləqəbli Sergeydir. O, Belarusdan Qarabağa gəlib. Onun erməni köklərinin olub-olmadığını soruşan "Sputnik-Ermənistan"ın müxbirinə Sergey "var" cavabını verir. Terrorçu Qalust isə əlavə edir: "Bu əsl Hindistan kinosudur. Sergey bunu yalnız 2015-ci ildə öyrənib - məlum olub ki, onun bioloji atası ermənidir. Deyir ki, atası və anası o, doğulmadan əvvəl ayrılıblar. Bundan sonra anası belaruslu bir nəfərlə evlənib. Anası Sergeyə bu barədə yalnız ölümündən əvvəl danışıb..." 

"Sputnik-Ermənistan" yazır ki, "Krestonostsi" ("Səlibçilər") terror qruplaşmasına Rusiya, Ukrayna, İspaniya və digər ölkələrdən olan ermənilər gəlirlər.

Avropa.info

Açıklama yok.
Açıklama yok.

Oxunma sayı: 12805

Oxşar yazılar