Qarabağda rus sülhməramlıları hansı halda yerləşdirilə bilər? – Peskov açıqladı

  • 15:09 - 30 Oktyabr

Sülhməramlılar Qarabağa yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə daxil edilə bilər.

Avropa.info xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Hər hansı sülhməramlı şəxs münaqişə zonasına yalnız hər iki tərəfin razılığı ilə daxil ola bilər", - o, bildirib.

Peskov prezident Vladimir Putinin Ermənistan və Azərbaycan rəhbərliyi ilə təmasları zamanı Rusiya sülhməramlılarının Dağlıq Qarabağda münaqişə zonasına daxil edilməsini təklif edib-etmədiyi haqda jurnalistin sualına cavab verməkdən çəkinib.

"Putinin Bakı və İrəvandakı həmkarları ilə təmaslarında mümkün həll ilə bağlı ən geniş aspektlərə toxunulur", - deyə Peskov cavab verib.

Münaqişənin bütün tərəflərinin razılıq əldə ediləcəyi təqdirdə Rusiyanın hələ də sülhməramlılarını göndərməyə hazır olub-olmadığı sualına cavab verən Peskov dedi: "Mən burada hansısa ehtimal olunan mülahizələrə girməzdim".


Oxunma sayı: 6018

Oxşar yazılar