Mnatsakanyan Cenevrədə ATƏT-in həmsədrləri ilə görüşür

  • 14:44 - 30 Oktyabr

Cenevrədə Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun Qarabağ üzrə həmsədrləri ilə görüşü başlayıb. 

Avrop.info xəbər verir ki, bu barədə Ermənistan Xarici Işlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan öz “Facebook” səhifəsində məlumat verib.

Vasitəçilər Ermənistan və Azərbaycan xarici işlər nazirləri - Zoqrab Mnatsakanyan və Ceyhun Bayramov ilə 29 oktyabrda görüşməyi planlaşdırırdılar. Lakin daha sonra görüş oktyabrın 30-nə təxirə salınıb. 

İclas qapalı formatda keçirilməlidir.


Oxunma sayı: 4247

Oxşar yazılar