"Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır" – Elman Rüstəmov

  • 14:09 - 30 Oktyabr

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb.

Avropa.info bildirir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,4 faiz artıb.
E.Rüstəmov bildirib ki, ilin əvvəlindən Azərbaycanın xarici ticarət balansı profisitdədir və bu da strateji valyuta ehtiyatlarının qorunması üçün şərait yaradır.

Mərkəzi Bank sədri əlavə edib ki, Azərbaycanın işğal olunmuş əraziləri tam azad olunduqdan sonra orada bank şəbəkəsi yaradılacaq və bu ərazilər ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.


Oxunma sayı: 6524

Oxşar yazılar