Niderland Parlamentinin deputatına erməni vəhşiliyi barədə məlumat verilib

  • 12:19 - 30 Oktyabr

Niderland Azərbaycan Evinin təşkilatçılığı ilə Parlamentin Xristian Demokrat Partiyasından (CDA) millət vəkili Martijn van Helvertle videokonfrans formatında göruş keçirilib.

Bu barədə Avropa.info-ya Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli məlumat verib. 

E.Mirhəşimli bildirib ki, göruşdə Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvləri də iştirak edib: “Niderland və Belçikada yaşayan Azərbaycan icması olaraq onun birtərəfli mövqe tutmasından narahat olduğumuzu bildirdik. Onun nəzərinə çatdırdıq ki, biz müharibə yox, sülh istəyirik. Görüş Dağlıq Qarabağın işğaldan azad olunmasından, erməni separatizmindən 30 ildir əziyyət çəkən 1 milyon məcburi köçkünlərdən, eyni zamanda Ermənistanın sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutaraq BMT-nin qətnamələrinin icrasından boyun qaçırmasından danışdıq. Bildirdik ki, bütün bunlara rəğmən Ermnənistan nəinki sülh danışıqlarından qaçır, müxtəlif təxribatlar törədir, həmçinin yenidən Azərbaycan ərazilərinə hücum edir. Ermənistanın bu əməllərə son qoyması və işğalda olan torpaqların azad edilərək suverenliyinə qovuşması üçün Azərbycan düşmənin hücumlarını dəf edərək əks-hücum əməliyyatlarına başlayıb.

Ermənistanın dövlət səviyyəsində terror aktları törətdiyini, Gəncə, Bərdə daxil olmaqla döyüş bölgəsindən uzaqda yerləşən Azərbaycan ərazilərinə belə ballistik raketlərlə atəş aşmasından və nəticədə uşaq və qadınlar daxil olmaqla çoxsaylı insanın həyatını itirməsindən danışdıq.

Danışıqlar zamanı Ermənistan ordusunun Bərdəyə raket zərbələri endirdiyini, nəticədə 20 nəfərin həyatını itirdiyini, 60-çox insanın yaralandığını bildirdik.

İlkanə Qoca Ağdam şəhərindən məcburi köçkun olduğunu, 27 ildir Qarabagda itkin düşmüş qardaşı haqda məlumat verdi.

Xatirə Sərdarqızı Şuşada doğulduğunu bildirdi və uşaqlıq xatirələrindən danışdı.

Mən də Qubadlının işğalda olduğunu 27 ildir ki, evimə gedə bilmədiyimi söylədim.

Martijn van Helvert bu məsələni Parlamentdə və aidiyyəti dövlət qurumlarında müzakirə edəcəyini və daha bir göruş təyin edib bizə fikirlərini bölüşəcəyini dedi.

O, eyni zamanda öz səhifəsində bu barədə paylaşım edib və məsələni araşdıracağını bildirib. 

Elnur Eltürk


Oxunma sayı: 1585

Oxşar yazılar