Türkiyənin sabiq baş naziri Məsud Yılmaz dünyasını dəyişdi

  • 11:19 - 30 Oktyabr

Türkiyənin keçmiş baş nazirlərindən olan Məsud Yılmaz bu gün dünyasını dəyişib.

Avropa.info xəbər verir ki, Məsud Yılmazın keçən ilin yanvar ayındakı müayinəsi zamanı ağ ciyərində xərçəng şişi aşkar edilmişdi.

Ötən il cərrahiyyə əməliyyatı ilə həmin şiş Məsud Yılmazın ağ ciyərindən təmizlənmişdi. 

Bu ilin may ayında beynində şiş tapılan Məsud Yılmaz cərrahiyyə əməliyyatından sonra müalicə alırdı.


Oxunma sayı: 5864

Oxşar yazılar