Mnatsakanyan və İran XİN müavini arasında Qarabağla bağlı görüş olub

  • 11:19 - 30 Oktyabr

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan regional sabitliyin və sülhün qurulmasında Iranın rolunu qeyd edib.

Irəvan Qarabağ münaqişəsinin həlli və atəşkəs rejiminin qurulması ilə bağlı Iranın yanaşmalarını ətraflı öyrənəcək. 

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan İrəvana işgüzar səfərlə gələn İran xarici işlər nazirinin müavini Abbas Arakçi ilə görüşdə deyib.

Tərəflər Qarabağ münaqişəsi zonasındakı vəziyyət, habelə regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. 

Ermənistan Xarici Işlər Nazirliyinin rəhbəri Ermənistan İranın regional təhlükəsizliyin yeni təhdidlərinə həssas münasibətini başa düşdüyünü vurğulayıb. O, Tehranın regional sabitliyin və sülhün qorunmasında rolunu da qeyd edib.


Oxunma sayı: 3565

Oxşar yazılar