Ermənistanda koronovirusa yoluxma sayı kəskin artır

  • 11:11 - 30 Oktyabr

Ermənistanda son günlərdə təsdiqlənmiş yoluxma hallarının sayı kəskin artıb. 

vropa.info xəbər verir ki, təsdiqlənmiş koronovirus yoluxma hallarının sayı 85 034-ə çatıb. Sutka ərzində 2398 yeni yoluxma hadisəsi aşkar edilib.

Ermənistanda koronovirusdan 1300 nəfər vəfat edib (ötən sutka ərzində 28 nəfər). Digər səbəblərdən ölən koronovirus xəstələrinin sayı 358 (ötən sutka ərzində 4) təşkil edir.

İnfeksiyadan sağalanların sayı 54 316 nəfərdir. 31 458 nəfər müalicə alır. Keçirilən testlərin ümumi sayı isə 397596-dır.


Oxunma sayı: 3455

Oxşar yazılar