Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi

  • 19:41 - 29 Oktyabr

Ermənistan tərəfi oktyabrın 29-da – gün ərzində ikinci dəfə itkilərinin sayı ilə bağlı rəsmi açıqlama yayıb.

Bu barədə “Sputnik” Ermənistan yazıb.

Siyahıda 47 erməni əsgərinin adı yer alıb. Beləliklə, Ermənistan tərəfi oktyabrın 29-da ümumilikdə 98 hərbçisinin öldüyünü açıqlayıb.

Bununla da Ermənistan tərəfi rəsmi şəkildə Qarabağda 1166 hərbçisinin ölümünü etiraf edib.

Xatırladaq ki, oktyabrın 29-da səhər saatlarında Ermənistan daha 51 hərbçisinin öldürülüdüyünü açıqlamışdı.


Oxunma sayı: 6634

Oxşar yazılar