Prezident İlham Əliyev bələdiyyələrin siyahısında dəyişikliyə dair qanunu təsdiqləyib

  • 19:27 - 29 Oktyabr

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

Avropa.info-nun məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında Babək rayonu bölməsinə dəyişikliklər olunub.

Dəyişikliyə əsasən, “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə, “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə, “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəzlənib.


 


Oxunma sayı: 3169

Oxşar yazılar