Fransada daha bir şəhərdə silahlı hücum

  • 19:10 - 29 Oktyabr

Fransanın Lion şəhərində bıçaqlı şəxs insanlara hücum etmək istəyib.

Bu barədə “Cnews” telekanalı məlumat yayıb.

 

Bildirilir ki, polisin vaxtında müdaxiləsi terror aktının baş verməsinin qarşısını alıb.

Xatırladaq ki, bu Fransada üçüncü belə hadisədir.

Bundan əvvəl Nitsa və Avinyon şəhərlərində də bıçaqlı şəxs insanlara hücum edib.


Oxunma sayı: 2465

Oxşar yazılar