Rusiya və İran XİN müavinləri Qarabağdakı son vəziyyət haqda danışdılar

  • 17:44 - 29 Oktyabr

Rusiya və İran xarici işlər nazirlərinin müavinləri - Andrey Rudenko və Abbas Arakçi Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Avropa.info xəbər verir ki, Rusiya Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rudenko və Arakçi məsləhətləşmələr keçiriblər. Görüşdə Xəzərdə, Mərkəzi Asiyada və Zaqafqaziyada əməkdaşlıq da daxil olmaqla regional gündəmin aktual məsələləri müzakirə olunub.

Qeyd edək ki, daha əvvəl İran prezidentinin Qarabağ nizamlanması üzrə xüsusi səfiri Bakıda danışıqlar aparmış, Moskvadakı görüşlərdən sonra İrəvan və Ankaraya səfər etməyi planlaşdırmışdır.


Oxunma sayı: 4918

Oxşar yazılar