Putin rusların koronovirusa qarşı kütləvi peyvəndlənmə tarixini açıqladı

  • 16:29 - 29 Oktyabr

Rusiyanın koronovirus əleyhinə hər iki peyvəndi təhlükəsiz və səmərəlidir. 

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib. 

"Rusiya peyvəndinin sınaqları problemsiz keçirilir. Ümid edirəm ki, ilin sonuna yaxın kütləvi peyvənd tətbiqinə başlayacağıq" - Putin deyib. 

Onun sözlərinə görə, Rusiyanın koronovirus peyvəndləri ilə ilk növbədə Rusiya Federasiyasının vətəndaşları təmin ediləcək. Lakin Rusiya peyvəndləri üçün intellektual mülkiyyətin satışını təmin etməyə və ya xarici tərəfdaşların ölkələrində istehsal etməyə hazırdır.

Putin həmçinin vurğulayıb ki, Rusiyada koronovirusa qarşı peyvəndlərin hazırlanması ölkədə elmin inkişaf etdiyini, sovet məktəbinin canlı olduğunu göstərir.

Daha əvvəl rusların koronovirusa qarşı "Sputnik V" peyvəndi ilə kütləvi peyvənd olunmasının noyabrın sonlarından başlanıla biləcəyi deyilmişdi. 


Oxunma sayı: 4291

Oxşar yazılar