Fransada kilsə və polisə arda-arda hücumlar - Ölü və yaralılar var

  • 15:05 - 29 Oktyabr

Fransanın Nitsa şəhərində naməlum adam Notr-Dam kilsəsinin ziyarətçilərinə bıçaqla hücum edib.

Avropa.info xəbər verir ki, ilki məlumata görə, üç nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bir qadının başını kəsiblər.

Hücum edənləri saxlayıblar. Şəhər meri Kristiana Estrozinin sözlərinə görə, hadisə terror aktın oxşayır. 

Hadisə yerinə prezident Emmanuel Makron və baş nazir Jan Kasteksin gəlməsi gözlənilir.

Digər hücum isə Avinyon şəhərində baş verib. Hücum edən kişi polisi bıçaqlayıb. İlkin məlumata görə, onu güllələyiblər.


Oxunma sayı: 5127

Oxşar yazılar