Erməni daşnakları ATƏT-in Minsk qrupunun bəyanatını nümayişkar şəkildə yandırdı

  • 12:14 - 29 Oktyabr

“Daşnaksutyun" partiyasının gənclər qanadı Los-Ancelesdəki federal binanın yaxınlığında geniş miqyaslı etiraz aksiyası keçirib. 

Avropa.info xəbər verir ki, erməni daşnakları ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin hər iki tərəfinə ünvanlandığı Qarabağda atəşkəs çağırışları ilə bağlı son bəyanatını nümayişkar şəkildə yandırıb.

Aksiya iştirakçıları ABŞ hakimiyyətindən və ATƏT MQ həmsədrlərindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını və ermənilərə Azərbaycan Ordusunun hərbi əməliyyatlarının dayandırılması tələbi ilə müddətsiz aclıq aksiyası elan ediblər.


Oxunma sayı: 4522

Oxşar yazılar