“Türkiyəyə qarşı sanksiyalar masadadır” – ABŞ Dövlət Departamenti

  • 11:32 - 29 Oktyabr

ABŞ dövlət katibi Rene Klark Kuper Türkiyənin Rusiyadan satın aldığı S-400 sistemlərinin keçirilən hərbi sınağını şərh edib.

Avropa.info xəbər verir ki, Dövlət Departamentinin Siyasi və Hərbi İşlər üzrə müavini Kuper ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etmə ehtimalı ilə bağlı suala “Bu çox real riskdir. Türkiyə S-400 məsələsində inad etməyə davam edir. Əlbəttə, S-400lərin sınaqdan keçirilməsi ilə yanaşı sanksiyalar da masadadır” deyib.

Türkiyənin S-400-ləri aktiv etməsinin ABŞ-ın “qırmızı xətti” olduğunu deyən Kuper sınaqdan sonra Ankaranın raketləri döyüş hazırlığı vəziyyətinə gətirməkdən imtina etməsini umduğunu bildirib:

“S-400-lər kənarlaşdırılsın, istifadə edilməsin, sistemə inteqrasiya edilməsin və döyüş hazırlığı vəziyyətinə gətirilməsin. Biz Türkiyənin qəti şəkildə Qərbdə qalmasını təmin etməyə çalışırıq. Bu sadəcə ABŞ üçün deyil, NATO üçün də vacibdir”. 

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan keçən həftə S-400 HHM sisteminin Sinop şəhərində sınaqdan keçirildiyini təsdiqləmişdi.

Ərdoğan ABŞ-ın iradları ilə bağlı “Bu sınaqların keçirildiyi doğrudur, keçirilir və Amerikanın bu yanaşması bizi əlaqədar etməz. Çünki əlimizdəki bu cür imkanların sınağını keçirməyəcəyik də, nəyi keçirəcəyik. Hər halda bunu da durub Amerikadan soruşan deyilik” demişdi.


Oxunma sayı: 9329

Oxşar yazılar