Bərdə Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb - FOTOLAR

  • 11:23 - 29 Oktyabr

Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində dağıdılıb.

Avropa.info xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

"Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik", - məlumatda qeyd olunub.

Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.



 



 



 


Oxunma sayı: 3378

Oxşar yazılar