Ermənistanda koronavirusa yoluxma sayı rekord həddə: Bir sutkada 2383 nəfər yoluxdu

  • 11:07 - 29 Oktyabr

Ermənistanda 29 oktyabr səhərinə olan məlumata görə 85 034 təsdiqlənmiş koronavirus hadisəsi qeydə alınıb.

Avropa.info xəbər verir ki, sutkalıq yeni yoluxma hallarının sayı 2 383 olub. Bu ərəfədə 29 nəfər vəfat edib, 749 nəfər sağalıb, 5 027 test aparılıb. Digər səbəblərdən ölən təsdiqlənmiş koronavirus xəstələrinin 2 ölüm hadisəsi qeydə alınıb. Belə halların ümumi sayı 354-dür.

Ümumilikdə 392 660 koronavirus testi keçirilib. 1 272 nəfər vəfat edib, 53 257 xəstə sağalıb, 28 548 xəstə müalicəsini davam etdirir.


Oxunma sayı: 3235

Oxşar yazılar