Düşmənin ordu komandanının müavini, polkovnik Artur Sərkisyan və mayor Artur Qazaryan məhv edildi – Ermənilər ağır itkilər verib geri çəkildi

  • 09:59 - 29 Oktyabr

Dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.

Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.


Oxunma sayı: 10143

Oxşar yazılar