Müdafiə Nazirliyi: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara bundan sonra da layiqli cavab veriləcək"

  • 19:35 - 28 Oktyabr

Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc əhaliyə qarşı “Smerç” raket zərbələri nəticəsində mülki əhalimiz arasında xeyli sayda ölənlər və yaralananlar var. Azərbaycan ordusu ilə üzləşməyi bacarmayan qorxaq düşmən bu dəfə də xaincəsinə mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutb.

Avropa.info xəbər verri ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

A.Eyvazov bildirib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd etdiyi kimi Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara bundan sonra da layiqli cavab veriləcək.

A.Eyvazov vurğulayıb ki, Ermənistanda hərbi müqaviləlilər və polis əməkdaşları Azərbaycan ordusu ilə döyüşə girməkdən imtina edir. O bildirib ki, düşmən bölmələrində ərzaq, silah-sursat və nəqliyyat vasitələrinin çatışmazlışı var. Düşmən bilməlidir ki, Azərbaycanda dövlət, xalq və ordu birliyi sarsılmazdır və heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz.


Oxunma sayı: 5446

Oxşar yazılar