BNA sürücülərə müraciət edib

  • 19:45 - 28 Oktyabr

Yüksək gəlginlik elektirik xəttində təmir işlərinin aparılması ilə əlaqədar olaraq hazırda Nobel prospekti "ASAN Xidmət"in yaxınlığında yerləşən işıqfor işləmir.

Bu barədə Avropa.info-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.


Oxunma sayı: 3312

Oxşar yazılar