Astarada koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib

  • 20:55 - 28 Oktyabr

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Artupa kənd sakini Azər Həmidova koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə A.Həmidovun yaşayış yerini tərk etdiyi müəyyən edilib və şəhər ərazisindəki mağazalardan birində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Koronavirus infeksiyasının daşıyıcısı olan A.Həmidovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.


Oxunma sayı: 3620

Oxşar yazılar