İşğalçı Ermənistan döyüşdən qaçanların əlində aciz qaldı – Fərariliyə görə sərt cəza

  • 17:23 - 28 Oktyabr

Ermənistan parlamenti çərşənbə günü keçirilən növbədənkənar iclas zamanı ikinci və son oxunuşda Cinayət Məcəlləsinə müharibə dövründə müəyyən hərəkətlərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklik layihəsi qəbul edib.

Avropa.info xəbər verir ki, xüsusilə, müharibə vaxtı təcili hərbi xidmət, təlim-məşq toplanışı və ya səfərbərlikdən yayınmaq halı ilə bağlı əvvəllər nəzərdə tutulmuş 4 ildən 8 ilədək həbs müddəti 6 ildən 12 ilədək artırılıb.

Döyüş zamanı vəzifələrini yerinə yetirməkdən və ya vergi ödəməkdən yayınanlar üçün maksimum cəza 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə müddətinə dəyişdirilib.

Döyüş zamanı əmri yerinə yetirməməyə görə cəza 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası 8 ildən 15 ilədək həbs müddəti ilə dəyişdirilib.

Həmçinin hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində edilən fərarilik əvvəllər müəyyən edilmiş 6 ildən 12 ilədək əvəzinə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilərək cəzalandırılacaq.


Oxunma sayı: 4852

Oxşar yazılar