İşğalçı erməni ordusu məhv oldu – Hərbiyə yarasızları səfərbər etməyə başladılar

  • 16:21 - 28 Oktyabr

Ermənistan parlamentinin bu gün keçirilən fövqəladə iclasının ikinci və son oxunuşda Ermənistanda xalq milisinin yaradılmasını nəzərdə tutan "Müdafiə haqqında" qanuna dəyişiklik layihəsi qəbul edilib.

Avropa.info xəbər verir ki, qəbul edilmiş düzəlişlər "milis" terminini hərbi hücum, belə bir təhlükə və ya döyüş əməliyyatları olduğu təqdirdə Ermənistanın müdafiəsində vətəndaşların könüllü olaraq iştirak sistemi kimi qanunlaşdırır.

Dəyişikliklərə görə, milis ərazi prinsipinə uyğun hərəkət edəcək və Ermənistanın inzibati ərazi bölgüsünə görə hərbi hissələrdən, briqadalardan və taborlardan ibarət olacaq.

Milisin ümumi rəhbərliyi Baş Qərargah rəisi tərəfindən Milis qərargahı vasitəsi ilə həyata keçiriləcək. Komandir bu inzibati vahidin rəis müavini, İrəvanda isə bələdiyyə sədrinin müavini təyin ediləcək.

Milis briqadasının başçısı birləşmiş cəmiyyətin və ya şəhəri özündə birləşdirən icmanın və İrəvanın inzibati mərkəzlərində mərkəzin rəhbərinin müavini olacaq.

Milis tabor komandiri icmaların rəhbərləri olacaq.

Milisin könüllü olaraq və səfərbərliyə alınmayan, ehtiyata alınanlar siyahısına daxil edilməyən və ya hərbi xidmətə yararsız sayılan vətəndaşlardan yaradılacağı qeyd olunur.

Milis dəstələri ilə müqavilələr bağlanacaq, onlara silahlar, hərbi geyimlər veriləcək, sonra müvafiq vəzifələrə təyin olunurlar.


Oxunma sayı: 6579

Oxşar yazılar