İşğalçı Ermənistan ordusu çarəsizliyin son həddində: mülki əhalinin maşınlarını müsadirə edir

  • 15:28 - 28 Oktyabr

Erməni ordusununehtiyacı üçün Ermənistan vətəndaşlarının maşınları müsadirə olunacaq.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin iclasında müdafiə nazirinin müavini Qabriel Balayan çıxış edib. 

“Əgər əmlak məhv edilərsə, kompensasiya ödəniləcək, təmir olunarsa - dövlət də ödəyəcək.Əgər Ermənistan vətəndaşlarının əmlakı hərbi ehtiyaclar üçün rekvizisiya olunarsa, mümkün zərər ödəniləcək” – Balayan"Hərbi vəziyyətin hüquqi rejimi haqqında" qanuna dəyişiklik layihəsini təqdim edərkən belə deyib.

Kompensasiya qaydası və məbləği Ermənistan hökuməti tərəfindən müəyyən ediləcək. Fərdi və hüquqi şəxslərin sərəncamında əmlak, əgər ordu hərbi əməliyyatların hər hansı bir sahəsində dövlət əmlakını çatışdırmasa, konkret vəziyyət nəzərə alınmaqla istifadə ediləcək.


Oxunma sayı: 6447

Oxşar yazılar