Müdafiə Nazirliyi Xankəndi ilə bağlı açıqlama yaydı

  • 15:19 - 28 Oktyabr

Ermənistan mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu barədə Avropa.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır", - deyə Müdafiə Nazirliyi bəyan edib.


Oxunma sayı: 4236

Oxşar yazılar