Ərdoğan Rusiya prezidenti ilə telefon danışığının detallarını açıqladı: "Putinə dedim ki, Qarabağda bu məsələdə atamızın oğlu belə olsa, göz yummayacağıq”

  • 15:06 - 28 Oktyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb.

Avropa.info xəbər verir ki, Türkiyə Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı V. Putinlə ətraflı fikir mübadiləsi apardıqlarını deyib.

"Putinə dedim ki, istəsəniz, gəlin Cənubi Qafqazdakı münaqişəyə birlikdə son qoyaq, bu münaqişəni birlikdə həll edək. Siz Ermənistanın Baş naziri Nikol Paşinyanla, mən də qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə danışım. Nümayəndələrinizi göndərin. Qərar verməliyik: münaqişəni həll edirikmi, ya etmirikmi? Bu işi birlikdə həll etmək məcburiyyətindəyik. Dedim mən səmimiyəm, sizin də səmimi olduğunuza inanıram. Qırmızı xətlərimizi də dedim. Qırmızı xətlərimiz keçilsə, atamızın oğlu belə olsa, göz yummayacağıq.

Deyirlər ki, biz Suriyadan Azərbaycana qüvvələr göndəririk. Ermənistan hazırda 2000 nəfərə yaxın PKK-lını 600 dollar maaş müqabilində ora gətirib. Putin dedi ki, mənim onlardan xəbərim yoxdur. Cavab verdim ki, mən sizə xəbər verirəm. “Bu PKK-lılar Suriyada fəaliyyət göstərirdi, Suriyadan gəlirlər” dedim. Cənab Putinin bunlara üz verəcəyinə inanmıram. Lakin bunu Paşinyana mütləq deməlidir. Əks halda lazımi tədbirlər görüləcək. Azərbaycanlı qardaşlarım itirilmiş torpaqlarının çox hissəsini geri aldılar. İnanıram ki, hamısını tezliklə geri alacaqlar”, - deyə Ərdoğan bəyan edib.


Oxunma sayı: 5633

Oxşar yazılar