Putinə dedim ki, Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik – Ərdoğandan Qarabağ mesajı

  • 14:48 - 28 Oktyabr

ATƏT Minsk qrupu Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyil.

Avropa.info bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa münaqişəni həll etmək iqtidarında deyil, ya da bunu etmək istəmir:

"30 il ərzində onlar sadəcə yığışıblar, görüşüblər və dağılışıblar. Qarabağ münaqişəsi üçün konkret qərar vermək vaxtı çatıb, bu münaqişə birmənalı şəkildə başa çatmalıdır".

R.T.Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışığı zamanı bu məsələni birlikdə həll etməyin mümkünlüyünü səsləndirib.

Türkiyə prezidenti həmçinin Türkiyənin guya Azərbaycana Yaxın Şərqdən muzdlu silahlılar göndərməsi fikrinə də münasibət bildirib:

"Bu söhbətlər yalandan başqa bir şey deyil. Tam əksinə, PKK terror təşkilatının silahlıları Dağlıq Qarabağda Ermənistan tərəfindən döyüşür. Putin ilə Qarabağ məsələsini danışdıq, ətraflı müzakirə etdik. Qafqazda bu işi gəlin birlikdə həll edək dedim. Bu işi artıq bitirməliyik dedim.

Putin isə dedi ki, Suriyadan Qarabağa əsgər göndərirsiniz. Mən də Ermənistanın 2000 PKK militanını 600 dollar maaşla Qarabağa gətirdiyini dedim. Putin isə dedi ki, mənim bunlardan xəbərim yoxdur. Mən də dedim ki, xəbəriniz yoxdursa, baxın mən sizə xəbər verirəm."

O, əlavə edib ki, bu faktları Nikol Paşinyanın qarşısına qoymaq lazımdır:

"O bilməlidir ki, Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik. Mən Putinlə söhbətim zamanı da Qarabağın Türkiyə üçün qırmızı xətt olduğunu demişəm. Paşinyan onu da bilməlidir ki, Türkiyə regionda PKK silahlılarının döyüşməsinə göz yuma bilməz".


Oxunma sayı: 7206

Oxşar yazılar