"Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək" – Mustafa Şentop

  • 13:42 - 28 Oktyabr

Türkiyə hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olmaqda davam edəcək.

Avropa.info bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla hüquqi mübarizə aparır və öz haqqını cəbhədə alır:

"Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsində yer almağa davam edəcək".


Oxunma sayı: 2784

Oxşar yazılar