"Paşinyan döyüş meydanında qalan hərbçilərinin meyitlərini götürməkdən qorxur" – Hərbi ekspert

  • 13:27 - 28 Oktyabr

Ermənistan rəhbərliyi bir çox cinayətlər törətsə də, onun ən böyük cinayəti müharibədə nə ölüsünə, nə də dirisinə sahib çıxmamağıdır.

Avropa.info bildirir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, hazırda ermənilərin minlərlə hərbçisinin meyiti döyüş meydanındadır:

"Əsirləri isə bizdədir, amma heç birini geri almaq istəmirlər. Azərbaycan dəfələrlə bu məsələni qaldıraraq humanitar atəşkəsə razı olduğunu və döyüş meydanındakı erməni meyitlərini verməyi təklif etsə də, Ermənistan bunu istəməyib. Bu da onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyi meyitləri geri alsa, bu onların apardığı cinayətkar siyasətə mane ola bilər. Meyitlərin Ermənistana aparılması və orada dəfn olunması Ermənistanın ayrı-ayrı vilayətlərində əhalinin Paşinyana olan narazılıqlarını bir az da artıracaq. Məhz buna görə Ermənistan rəhbərliyi meyitlərin döyüş meydanında qalmasına, çürüməsinə razıdır".

Ekspert bildirib ki, döyüş meydanında qalan hər 100 meyitin 30-40-ı muzdlulardır: "Ölənlərin yarısı demək olar ki, Rusiyadan, Suriyadan və digər ölkələrdən gətirilən muzdlular var, xeyli hissəsi isə Yerevandan gətirilən şəxslərdir. Bu faktlar videogörüntülərdə, ermənilərin sosial şəbəkələrdəki paylaşımlarında da təsdiqini tapıb".

Hərbi ekspert deyib ki, artıq Ermənistanda döyüşmək üçün yararlı şəxs qalmayıb: "Dünən Paşinyan ermənilərə müraciət edib ki, döyüşmək üçün 3 min nəfərə təcili ehtiyac var. Amma Ermənistandan cəmi 300 nəfər şəxs zorla tapılıb. Meyitləri götürməməyin bir səbəbi də odur ki, artıq erməni xalqı anlayır ki, döyüşməyin mənası yoxdur, əbəs yerə insanları qırırlar. Artıq ermənilər mənasız yerə həyatlarını itirmək istəmirlər. Ermənistan verilən imkandan istifadə edib öz vətəndaşlarının meyitlərinə və əsirlərinə sahib çıxmalıdır. Amma onlardan bu təşəbbüsü görmürük. Bunların məqsədi öz şəxsi ambisiyalarıdır ki, onu da vəhşi şəkildə həyata keçirirlər. Yaşayış məntəqələrimizə atəş açır, dinc sakinləri hədəf alırlar. Bir sözlə Ermənistan cinayəti cinayət dalınca törədir".


Oxunma sayı: 2806

Oxşar yazılar