COVİD-19-un ölümcül təsiri üç dəfə azalıb – Rusiyalı həkim

  • 13:02 - 28 Oktyabr

COVİD-19-un ölümcül təsirinin yaz ayları ilə müqayisədə dünya üzrə təxminən üç dəfə azalması virusun özünün zəiflətdiyini göstərir.

Avropa.info xəbər verir ki, bu sözləri rusiyalı virusoloq, tibb elmləri doktoru Anatoli Alşteyn deyib.

"Əgər yazda yaşadıqlarımıza baxsaq və indi Rusiyada görünmədiyini müqayisə etsək, bütün dünya statistikasına baxsanız, ölüm hallarının üç dəfə azaldığını görəcəksiniz. Bu virusun zəifləməsini də göstərə bilər" – Altşteyn statistikaya başqa amillərin də təsir edə biləcəyini deyib.

Onun sözlərinə Qərbi Avropada koronovirusdan ölüm halı yazda 10-15% səviyyəsində olub. İndi bu göstərici 5% təşkil edir.

"Düşünürəm ki, bu təkcə müalicənin yaxşılaşdırılması hesabına deyil" - Altşteyn qeyd edib.


Oxunma sayı: 3477

Oxşar yazılar