İşğalçı Ermənistan Azərbaycan Ordusunun Qarabağda tam qələbəsinin yaxınlaşdışdığını etiraf etdi: "Şuşa şəhəri hədəfdədir"

  • 12:28 - 28 Oktyabr

Ermənistan müdafiə nazirliyinin mətbuat üzrə nümayəndəsi Şuşan Stepanyan Qarabağda işğalçı ordunun vəziyyətinin acınacaqlı olduğunu yazıb.

Avropa.info xəbər verir ki, işğalçı Ermənistanın müdafiə nazirliyinin təmsilçisi Şuşa ətrafında vəziyyətin gərgin olduğunu bildirib.

"Çanaqıçı dərəsində vəziyyət gərgin olaraq qalır. Şuşa şəhəri hədəfdədir", -deyə o qeyd edib. 

Qeyd edək ki, düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında da problemlər yaradıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir.

Döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub.

Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.


Oxunma sayı: 7998

Oxşar yazılar