Ermənistanda koronovirus yoluxma sayında kəskin artım

  • 11:14 - 28 Oktyabr

Ermənistanda koronovirusla yoluxma hallarının sayı 82651-ə çatıb.

Avropa.info xəbər verir ki, bu haqda Ermənistan Milli Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzindən verilən məlumatda deyilir. 

Sutka ərzində 2241 yeni yoluxma hadisəsi aşkar edilib.

Ermənistanda koronovirusun hallarının ağırlaşmasından bu günədək 1243 nəfər (ötən sutkada 21 nəfər) vəfat edib. Digər səbəblərdən ölən koronovirus xəstələrinin sayı 352 (üstəlik ötən sutka ərzində 5) təşkil edir.

Infeksiyadan sağalanların sayı 52508 nəfərdir. Müalicədə 28548 nəfər var. Keçirilən testlərin ümumi sayı 387633-dir.


Oxunma sayı: 3290

Oxşar yazılar