Zərdab rayonunda dezinfeksiya işləri aparılır – Fotolar

  • 11:02 - 28 Oktyabr

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zərdabda küçə və prospektlərdə dezinfeksiya işləri aparılır.

Avropa.infonun məlumatına görə, dezinfeksiya işləri şəhərin bütün ərazilərində aparılır. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zərdabda müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır. Rayonun küçə və prospektləri ağır tonnajlı su çiləyici maşınlarla xüsusi maddələrlə yuyulur. Yaşayış binaları, məhəllələr, insanların əyləşdikləri skamyalar, parklar, dizinfeksiya edilir. 

Rayon ərazisində fəaliyyət göstərən marketlər, digər obyektlərdə rayon icra hakimiyyəti tərəfindən yaradılan mobil qruplar tərəfindən sakinlərlə marifləndirici söhbətlər aparılır. İnsanların maska istifadə etməklə virusdan qorunması tövsüyyə edilir. Qeyd edək ki, rayon ərazisində dizinfeksiya və marifləndirmə işləri davam etdiriləcək. 

Coşqun Abdullayev
Avropa.info 

 


Oxunma sayı: 4676

Oxşar yazılar