Xalq olaraq öz yaralarımızı özümüz saracaq qədər mərdik!

  • 10:42 - 28 Oktyabr

 Bu günlərdə Vətənimiz Azərbaycan ağır eyni zamanda çətin bir sınaqdan keçir. Artıq bir aydan çoxdur ki, Azərbaycan beynəlxaq aləmdə tanınmış sərhədləri daxilində öz torpaqlarını erməni terorçularından təmizləyir. Bu hansısa dövlətə qarşı müharibə deyil , 27 illik düşmən işğalında olan Qarabağımızı azdlığa qovuşdurmaq, qaçın və köçkün düşmüş həmvətənlərimizi öz doğma dədə-baba torpaqlarımıza qovuşdurmaqdır. Bu haqq döyüşümüzdən bizi heç kim döndərə bilməz! 

Hazırda döyüş meydanında böyük tarixi salnamə yazan igid əsgərlərimiz mənfur, alçaq bir düşmənlə çarpışır. Qarşımızda yenilməsini, çarəsiz qalmasını qəbul etmək istəməyən düşmən dayanır.Hansı ki xislətlərində daim türklərə qarşı bitib tükənməyən kin, nifrət olan erməni. Gəncədə baş verən raket partlayışları zamanı dünyasını dəyişən insanlar, atasız-anasız qalan körpələr heç bir hüquqa sığmayan erməni terorizminin sübutudur. Heç bir milli mənsubiyyəti olamayan bu tayfa , ermənilər bir daha dünyaya sübut etdilər ki , onların xislətində yalnız cinayətkarlıq , terorizm var. 

Törədilən bu cinayyətlər erməni ordusunun cəbhədəki yenilgisinin göstəricisidir. Özləri bunu etiraf etməsələrdə artıq göz qarşısında olan ordumuzun qəhrəmanlıqlarından çıxılmaz vəziyyətə salınmaqlarıdır . 

Ümumdünya insan hüquqları Bəyannəməsində deyilir: 

"Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, milli və sosial mənşədən, asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir". 

Bütün dünya ölkələri tərəfindən tanınan insan hüquqları bu gün erməni vandalizminin bilərəkdən dinc əhalini hədəf alması ilə pozulur. Lakin, Gəncədə törədilən terror hadisələrindən bir neçə gün keçməsinə baxmayaraq heç bir hüququ müstəvidə öz əksini tapmamışdır. Həyat tərzinə, yaşayışına həsədlə baxilan Avropa üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırtdı, Ümumdünya insan hüquqları Bəyannəməsi sənəd olaraq kağız üzərində qaldı. Xalq,millət olaraq hər zaman öz yaralarımızı özümüz saracaq qədər mərdik. Dünya birliyinin susqun qaldığı - yaşama haqları əllərindən alınan insanalar , ata-ana sevgisi və himayəsindən mərhum olan körpələr erməni terorizminin nəticələri bizi qəlbən, ruhən sarsıtsada hər gün cəbhədən aldığımız qələbə xəbərləri qəlbimizdəki kədəri sevincə qatır. Vətən sevgisini alovlandırır. 

Şükürlər olsun ki, 27 illik Vətən həsrəti bitmək üzrədir. Qarabağımıza qovuşacağımız günlər çox yaxındadır . Bu müharibə bizlər üçün müqəddəs Vətən müharibəsidir və biz haqq mübarizəsində qalib olacağıq.

Qarabağ Azərbaycanındır!  

Günel İsmayılzadə


Oxunma sayı: 4335

Oxşar yazılar