Bu gün Türkiyədə Polad Həşimov parkı açılacaq

  • 10:00 - 28 Oktyabr

Bu gün Türkiyənin Bursa vilayətində Polad Həşimov parkının açılışı olacaq.

Avropa.info-nun məlumatına görə, şəhid generalın xatirəsi Türkiyədə əbədiləşdirilib.

Osmanqazi bələdiyyəsindən bildirilib ki, rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb. Bu gün parkın açılışı geniş ictimaiyyətin iştirakı ilə həyata keçiriləcək.

Xatırladaq ki, general-mayor Polad Həşimov Ermənistan silahlı qüvvələrinin bu ilin iyul ayında Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.


Oxunma sayı: 4335

Oxşar yazılar