ANAMA: Bərdə qadağan olunmuş kaset sursatla atəşə məruz qalıb - FOTO

  • 22:25 - 27 Oktyabr

Erməniatanın hərbi qüvvələri mülki əhalinin sıx yaşadığı Bərdə rayonunun Alpout, Qarayusifli və Göyüşlü kəndlərini hədəfə aldı. 

Bu barədə ANAMA “Twitter” hesabında operativ məlumat paylaşıb.  

Məlumatda qeyd edilir ki, ANAMA-nın xüsusi çevik qrupları əraziyə baxış zamanı 1 ədəd 300 mm 9M525 tipli raketin və tərkibində 72 ədəd 9N235 bombaçığın qalıqları aşkar edib:  

“Bu bombaçıqların partlaması nəticəsində 1 nəfər azyaşlı olmaqla ümumilikdə 4 nəfər həlak olub, 13 nəfər yaralanıb, 4 ev yararsız hala düşüb.  

Bu fakt Ermənistan hərbi qruplarının mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə etdiyini təsdiq edir”. 


Oxunma sayı: 3400

Oxşar yazılar