Prezidentin köməkçisi: “Ermənistan ordusunun Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb” - YENİLƏNİB

  • 18:18 - 27 Oktyabr

“Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb”.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib. 

***

Ermənistanın Bərdə rayonuna mənfur hücumu nəticəsində 3 dinc sakin həlak olub, 10 nəfər, o cümlədən qadın və uşaqlar yaralanıb.

Avropa.info bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın hərbi cinayətləri davam edir:

"Bu gün Ermənistanın Müdafiə Nazirliyi bəyanat verib ki, onlar çox sərt zərb endirəcəklər. Bununla onlar mülki şəxsləri, uşaqlar və qadınları nəzərdə tutur".


Oxunma sayı: 7008

Oxşar yazılar