İşğalçı Ermənistan Bərdəyə raket atdı – 3 nəfər ölüb, 10 nəfər yaralanıb (Yenilənib)

  • 17:41 - 27 Oktyabr

Bərdəyə raket atılması nəticəsində ölən və yaralananlar var.

Avropa.info xəbər verir ki ,bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev özünün rəsmi "Twitter" hesabında məlumat verib:

"Humanitar atəşkəsi pozaraq və davamlı hərbi itkilərini ödəmək üçün Ermənistanın Bərdə rayonunu nəhəng raket hücumuna məruz qoyması nəticəsində 3 mülki şəxs ölüb, uşaq və qadın da daxil olmaqla 10 nəfər ağır yaralanıb. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün Ermənistan müdafiə nazirliyi açıqlama verərək sərt vuracaqlarına dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar".

***

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilərin Bərdəni atəşə tutmasına münasibət bildirib.

Avropa.info xəbər verir ki, o, bu barədə özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb:

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi vəhşicəsinə pozaraq Azərbaycanın Bərdə rayonundakı mülki əhaliyə raketlərlə hücum edib. Bu dəhşətli hücum nəticəsində bir mülki öldürülüb və dörd mülki yaralanıb. Ermənistanın hərbi cinayətləri dayandırılmalıdır".


Oxunma sayı: 3609

Oxşar yazılar