Azərbaycan XİN Pakistana başsağlığı verdi

  • 17:16 - 27 Oktyabr

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

Avropa.info-nun xəbərinə görə, bu barədə XİN "Twitter"də bildirib.

"Pakistanın Pişəvər əyalətində mədrəsəyə təşkil edilən terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik.

Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir", - XİN-in paylaşımında deyilir. 


Oxunma sayı: 2806

Oxşar yazılar