Türkiyənin Dağlıq Qarabağ danışıqlarında iştirakına Kremldən münasibət

  • 14:06 - 27 Oktyabr

Dağlıq Qarabağla bağlı danışıqlarda Türkiyənin iştirakı məsələsində yalnız iki qarşı tərəfin - Azərbaycan və Ermənistanın baxışı vacibdir, yalnız onlar bu və ya digər dövlətin həll prosesində iştirakına razılıq verə və ya arzu edə bilərlər. 

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Burada yalnız iki tərəfin baxışı vacibdir - qarşıdurmada iştirak edən ölkələr, yəni Azərbaycan və Ermənistanı nəzərdə tuturam. Çünki yalnız bu ölkələr razılıq verə və ya müəyyən dövlətin həll prosesində iştirakını arzulaya bilər" - Peskov Türkiyənin Ermənistan-Azərbaycan arasındakı sülh danışıqlarına cəlb olunma ehtimalı ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib. 


Oxunma sayı: 5424

Oxşar yazılar